Almaniyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

27 Noyabr 2020 15:40

Almaniyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 1 milyonu ötüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Son sutkada 22 806 yeni yoluxma qeydə alınıb ki, bununla da Almaniyada indiyədək infeksiyaya yoluxanların ümumi sayı 1 006 394 nəfərə çatıb.

Almaniyada indiyədək xəstəlikdən 15 586 nəfər vəfat edib, 696 100 nəfər COVID-19-dan sağalıb.

Milli.Az