Rusiyada 496 nəfər öldü

27 Noyabr 2020 15:07

Rusiyada son sutka ərzində daha 27 543 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 2 215 533 nəfərə çatıb.

Son sutka ərzində 496 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 38 558 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az