Sürücülərin nəzərinə: Yol Polisi qayda pozuntusu haqda məlumatı gec göndərirsə...
9 Yanvar 2012 13:18
Milli.Az-ın məlumatına görə, bu haqda Day.Az saytına yazan sürücü qayda pozuntusunun 2011-ci il fevralın 15-də baş verdiyini, lakin bu haqda məlumatı 10 ay sonra aldığını bildirir. O, belə olan təqdirdə cəriməni ödəməli olub-olmadığı ilə maraqlanır.
Bakı Şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məsələyə belə münasibət bildirib: "Kameraların yol hərəkəti qaydası pozuntusunu qeydə aldığı təqdirdə yol polisi sürücünü poçt, telefon vasitəsilə məlumatlandırır. Fotomaterialların hazırlanması adətən axşamlar aparılır və səhəri gün onlar müvafiq orqanlara təqdim olunur. Sürücünün yaşayış yerinin müəyyənləşdirilməsi üçün tədbirlər görülür və bundan sonra çağırış vərəqəsi həmin ünvana göndərilir. Bunun ən qısa zamanda edilməsinə çalışırıq. Amma sürücünün yol hərəkəti qaydasını pozduğu haqda nə vaxt məlumatlandırılmasının heç bir fərqi yoxdur. O, cəriməni ödəməlidir".
V.Əsədov bəzi sürücülərin məlumatlandırılmalarına rəğmən cəriməni ödəmədiklərini söyləyb: "Elə hal da olur ki, çağırışı sürücünün qeydiyyvatda olduğu ünvana göndəririk, lakin o, başqa ünvanda yaşayır. Nəticədə ödənilməmiş borca görə onun avtomobilinə həbs qoyulur və ya onun sürücülük hüququ məhdudlaşdırılır".
Milli.Az