Paşinyan itkin düşən hərbçilərin valideynləri ilə görüşmədi - VİDEO

27 Noyabr 2020 10:33

İtkin düşmüş əsgərlərin onlarla qohumu Ermənistan Baş naziri Nikol Paşinyanın kortejininin keçdiyi yolu bağlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" xəbər verib.

Məlumata əsasən, Baş nazir hökumət binasından çıxıb, kortejə əyləşib və onlarla danışmayıb. Daha sonra əsgər valideynləri hökumət binası qarşısında etiraz aksiyasını davam etdiriblər - onlar hakimiyyətin dərhal reaksiyasını və övladlarının qaytarılmasını tələb edirlər.

"Qoy uşaqlarımızı bizə qaytarsınlar və nə istəyirlər etsinlər. Biz yalnız uşaqların geri qaytarılmasını istəyirik, bizə başqa heç nə lazım deyil", - valideynlərdən biri deyib.

Milli.Az