Rəqəmsal ödəmələr nə üçün önəmlidir?

26 Noyabr 2020 20:55

Rəqəmsal ödənişlər həm Azərbaycanda, həm də bütün dünyada istifadəçilərə vaxtından və yerindən asılı olmayaraq bank xidmətlərindən yararlanmaq imkanı verir.

Milli.Az bildirir ki, bunu Trend-ə Mərkəzi Bankın Ödəmə sistemləri və hesablamalar departamentinin Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi Rəşad Qasımov deyib

Onun sözlərinə görə, rəqəmsallaşmanın tətbiqi vətəndaşlara banklarda vaxt itkisindən və digər narahatlıqlardan qaçmağa imkan verir. Rəqəmsal ödəmələrin əsas elementlərindən biri odur ki, bu cür xidmət zamanı pullar təhlükəsizlikdə olur. Həmçinin, ödəmələrin rəqəmsallaşması maliyyə əməliyyatlarını xarici ölkələrdə həmin ölkənin valyutası ilə həyata keçirməyə imkan verir. Nağdsız məhsulun itirilməsi təqdirində məbləği hesaba çox rahat qaytarmaq olur.

Vətəndaşların ticarət obyektlərində gündəlik xərclərinə toxunan R.Qasımov vurğulayıb ki, nağdsız ödənişlərin öz üstünlükləri var. Belə ki, keçirilən bütün əməliyyatlar elektron bazaya daxil edilir və cari hesabı izləmək mümkün olur.

Nağdsız ödəmələr zamanı müştərilərə banklar tərəfindəmn kəşbək təqdim olunur və bununla xərclənən məbləğin bir hissəsini qaytarmaq mümkün olur. Təsərrüfat subyektlərində nağdsız əməliyyatlar zamanı xərclərin 15 faizinədək ƏDV-nin geri qaytarılması təklif olunur.

R.Qasımov əlavə edib ki, Mərkəzi Bank üçün yaxın zamanlar üçün əsas məqsədi nağdsız ödəmələrdən istifadə edən cəmiyyətin inkişaf etdirilməsidir və hər bir vətəndaşı bu prosesin fəal iştirakçısına çevrilə bilər.

Milli.Az