UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb

26 Noyabr 2020 18:39

UEFA-nın Etika və İntivama Nəzarət Komitəsinin bu gün baş tutan iclasında "Qarabağ" rəsmisi Nurlan İbrahimovun işinə baxılıb.

Milli.az xəbər verir ki, Avropanın ali futbol qurumunun noyabrın əvvəlində çıxardığı müvəqqəti qərar qüvvəyə minib. Belə ki, "Qarabağ"ın mətbuat katibinin futboldan ömürlük uzaqlaşdırılmasını qərar alıb. "Qarabağ"a isə 100 min İçveçrə frankı (187 min manat) məbləğində cərimə kəsilib.

Qeyd edək ki, İbrahimov ermənilərin Gəncəyə atdığı raket nəticəsində dünyasını dəyişən körpələrin fotolarından qıcıqlanaraq, şəxsi feysbuk statusunda "ermənilərin körpələri, qadın və qocaları da öldürülməlidir" sözlərinı yazmışdı.

Milli.Az