“Arsenal”ın futbolçusu qəzaya uğradı

26 Noyabr 2020 18:59

İngiltərənin "Arsenal" klubunun futbolçusu Co Uillok qəzaya uğrayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, hadisə 21 yaşlı yarımmüdafiəçi məşqə gedərkən baş verib.

Futbolçu yüksək sürətlə sürdüyü Mercedes-Benz G-Class avtomobilinin idarəetməsini itirib. Arxadan gələn avtomobilin sürücüsü Uillokun maşından çıxmasına kömək edib. Avtomobilə ciddi ziyan dəysə də, ingiltərəli oyunçu xəsarət almayıb.

Qeyd edək ki, Co Uillok bu mövsüm bütün turnirlərdə ümumilikdə 6 oyunda meydana çıxıb.

Milli.Az