Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan

26 Noyabr 2020 17:14

Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin prezidenti Armen Sarkisyan deyib.

O bildirib ki, Ermənistan ictimai rəy uğrunda mübarizəni uduzub:

"Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır. Beynəlxalq münasibətlərdə də böhran var, çünki ölkəmizin və xalqımızın obrazı mənfidir. Erməni xalqı Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə əlaqədar mənəvi-psixoloji zərbə alıb".

Milli.Az