Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər

26 Noyabr 2020 14:31

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki,bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün "Twitter" səhifəsində paylaşıb.

İran səfirinin sözlərinə görə, görüşdə diplomatlar ikitərəfli əlaqələr, Azərbaycanla münasibətlər haqqında da fikir mübadiləsi aparıblar.

Milli.Az