Pele Maradonanın vəfatından danışdı

26 Noyabr 2020 14:24

"Futbol kralı" Pele əfsanəvi futbolçu Maradonanın ölümü haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Reuters"ə açıqlamasında keçmiş dostunun vəfatına çox kədərləndiyini deyib:

"Dünya böyük bir əfsanəni, mən isə dostumu itirdim. Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu harada isə səmada təpikləyəcəyik".

Qeyd edək ki, Dieqo Maradona ötən gün 60 yaşında ürək tutmasından ölüb.

Milli.Az