Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

26 Noyabr 2020 13:24

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.

Milli.Az