Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm sayında rekord qeydə alınıb

26 Noyabr 2020 13:59

Rusiyada koronavirusa yoluxanların sayı 2,18 milyon nəfəri keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 25 487 nəfər virusa yoluxub, 524 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 187 990 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 38 062 nəfərə çatıb.

Читать дальше

Ölkə ərazisində ümumilikdə 1 685 492 nəfər virusdan sağalıb, 464 436 nəfərin müalicəsi isə davam edir.

Milli.Az