Liqa kuboku Maradonanın adını daşıyacaq

26 Noyabr 2020 12:59

Argentina Futbol Assosiasiyası vəfat edən Dieqo Maradonanın adını əbədiləşdirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qurum futbol əfsanəsinin adını yaşatmaq üçün ilk addımını atıb.

Verilən qərara əsasən, bundan sonra Argentina Liqa Kubokunun adı Dieqo Armando Maradona Kuboku kimi yazılacaq.

Qeyd edək ki, Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.

Milli.Az