Çempionlar Liqasında yeni antirekord

26 Noyabr 2020 12:44

Ötən gün UEFA Çempionlar Liqasında yeni antirekord qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna "Olimpik" (Marsel) qrup mərhələsinin 4-cü turunda "Portu" ilə matçda (0:2) nail olub.
 
Liqa 1 təmsilçisi Portuqaliya klubuna məğlub olmaqla, turnirdə ardıcıl 13-cü dəfə uduzub.
 
Bu isə Çempionlar Liqası üçün anirekord hesab edilir.

Bunadək ən pis göstərici isə "Anderlext"ə məxsus idi. Belçika təmsilçisi ardıcıl 12 qarşılaşmada məğlub olub.
 
Qeyd edək ki, Marsel klubu "Portu"ya uduzmaqla 1/8 finalda iştirak etmək şansını itirib.

Milli.Az