Manaf Ağayev tənqidlərə cavab verdi: "Dövlət özü bilir, kimi müharibəyə aparmaq lazımdır"

26 Noyabr 2020 12:14

"Elə bil Füzuli tək mənimlə bağlıdır, məndən başqa adam yoxdur".

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri müğənni Manaf Ağayev "İnstagram" hesabında həmkarı Afət Fərmanqızı ilə birgə canlı yayım edərkən bildirib. O qeyd edib ki, yaxın qohumları döyüşdə iştirak edib:

"Bu, söz deyil, bu, öyrədilmiş şeylərdir. Ağılları, başları yoxdur. Dövlət özü bilir, kimi aparmaq lazımdır, kimi yox. Nə fərqi var, mənim bacım oğlu, qardaşım oğlu döyüşüb. Onlar da mənimkilərdi də...

Görüm onların "duxu" çatar "böyüklər"ə desin, övladınız niyə getmir?! Deyirlər, Əflatun Qubadovun oğlu könüllü gedib. Mən deyə bilmərəm, Allah canın sağ eləsin. Gedib, lap yaxşı.

Demək, məsləhət imiş aparıblar. Babəklə İlkin özlərin öldürürdülər, yalvarırdılar, "aparın", aparmadılar.

Kamil Zeynallı kimi oğlanı buraxmadılar. Baxmayaraq ki, idmançıdı, ona döyüşmək yaraşır. Onu belə qoymadılar".

Milli.Az