Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb

26 Noyabr 2020 11:27

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, tirazçılar parlament qarşısına toplaşıb. 

Qeyd olunur ki, aksiya iştirakçıları hakimiyyət nümayəndələrinə öz narazılıqlarını bildirmək üçün buraya toplaşdığını bildirib.

Eyni zamanda Ermənistan parlamentində sentyabrda elan olunmuş hərbi rejimin ləğv olunması ilə bağlı müzakirələr başlayıb.

Milli.Az