Maradona ilə vida mərasimi keçirilir - Prezident sarayında

26 Noyabr 2020 10:33

Bu gün dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona ilə vida mərasimi keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tədbir Maradonanın vətəni Aregtinadakı Kasa Rosada prezident sarayında olacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Vidalaşmaq istəyənlərin qəbulu mərhum futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.

Xatırladaq ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.

Milli.Az