Bakıda bu hospital da pandemiya xəstəxanası kimi fəaliyyətə keçdi

26 Noyabr 2020 10:21

Mərkəzi Gömrük Hospitalı 20 noyabr 2020-ci il tarixindən etibarən pasiyent qəbulunu dayandıraraq, pandemiya xəstəxanası kimi fəaliyyət göstərir.

Milli.Az bildirir ki, bu barədə Mərkəzi Gömrük Hospitalı məlumat yayıb.

Bildirilib ki, hazırda hospitalda yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.

Milli.Az