Maradonanın son sözləri - VİDEO - FOTO

26 Noyabr 2020 10:49

Ötən gün əfsanəvi argentinalı futbolçu Diego Maradona vəfat edib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, o, 60 yaşında ürəktutmadan ölüb.

Mirror-un məlumatına görə, onun axırıncı sözləri "özümü yaxşı hiss etmirəm" olub. Məlumatda bildirilir ki, səhər yeməyindən sonra qohumuna özünü yaxşı hiss etmədiyini və yenidən yatacağını söyləyən Maradona qısa müddət sonra vəfat edib.

İsmayıl
Milli.Az