Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər

26 Noyabr 2020 09:44

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA qrup mərhələsinin IV turunda baş tutan matçlardan sonra ən yaxşı adına 4 namizədin adını açıqlayıb.

Bunlar Ceydon Sanço ("Borussiya" Dortmund), Bruno Fernandeş ("Mançester Yunayted"), Robin Qosens ("Atalanta") və Duşan Tadiçdir ("Ayaks").

Qalib azarkeşlər arasında aparılacaq səsvermədən sonra sabah bilinəcək.

Milli.Az