Pike əməliyyatdan imtina etdi

26 Noyabr 2020 09:34

"Barselona"nın zədəli futbolçusu Jerar Pike əməliyyat olunmaqdan imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sağ dizindən xəsarət alan 33 yaşlı müdafiəçi ispaniyalı həkimlərin məsləhəti ilə müalicə olunmaq qərarını verib. O, 4 ay müddətinə sağalacağına ümid edir.

Qeyd edək ki, Pike La Liqanın 10-cu turunda "Atletiko" ilə matçda (0:1) zədələnərək, meydanı gözyaşları ilə tərk etmişdi.

Milli.Az