Əsgərin sevdiyi qızın anasına müraciəti - VİDEO

25 Noyabr 2020 22:10

Azərbaycan əsgəri cəbhə bölgəsindən sevdiyi qızın anasına müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əsgər yayımladığı videoda qızın valideynlərinin müharibədən əvvəl ona imtina etdiklərini deyib.

Əsgər müraciətində bir daha imtina olunacağı təqdirdə zarafatla qızı qaçıracağını deyib. Bu işdə əsgər yoldaşları da ona kömək etməyə hazır olduğunu bildiriblər.

Milli.Az