"Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edildi

25 Noyabr 2020 19:22

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 2.3-cü bəndindən ", Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin" sözləri çıxarılır.

Milli.Az