Bakıda yük maşını ilə minik avtomobili toqquşdu

25 Noyabr 2020 19:20

Bakıda avtomobil qəzası olub.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hadisə Hava limanı şossesində ("Buta Palace" yaxınlığında şəhər mərkəzi istiqamətində) qeydə alınıb. Belə ki, minik avtomobili ilə yük avtomobili toqquşub.

Hazırda yolda sıxlıq var.

Milli.Az