Braziliyada ağır qəza: 32 nəfər öldü

25 Noyabr 2020 21:05

Braziliyanın San-Paulo ştatında avtobusla yük maşınının toqquşması nəticəsində azı 32 nəfər dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. əvvəlcə 22 nəfərin öldüyü bildirilsə də, hazırda bu rəqəm 32-dir. Məlumata görə, avtobusda tekstil fabrikinin 50-dən çox işçisi olub.

Hələ də avtobusda sıxılıb qalanların olduğu bildirilir.

Milli.Az