Bir neçə gün əvvəl itkin düşən Şirvan sakinin meyiti qamışlıqda tapıldı

25 Noyabr 2020 17:26

Bir neçə gün əvvəl itkin düşən Şirvan sakini, 1968-ci il təvəllüdlü Həsənov İlyas İsa oğlunun meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, çöllük ərazidə heyvan otaran çoban qamışlıqda meyit olduğu barədə polisə məlumat verib. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az