Rusiyada vergi daxilolmaları kəskin azalıb

25 Noyabr 2020 23:10

Bu ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyasının dövlət büdcəsinə vergi daxilolmalarında 11 faiz azalma olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Federal Vergi Xidmətinin məlumatına görə, vergi yığımlarının azalmasına dünya bazarında neftin qiymətinin ucuzlaşması, eləcə də tələbatın azalması və koronavirus pandemiyasının yayılması ilə bağlı tədbirlərə görə vergi güzəştlərinin müəyyənləşdirilməsi təsir göstərib.

Nəticədə ikinci rübdə vergi daxilolmalarındakı azalma 26 faiz olub. On ayın nəticələrinə görə isə daxilolmaların həcmi 16,9 trilyon rubl təşkil edib.

Həmçinin biznesə verilmiş güzəştlər sayəsində məşğulluğu saxlamaq mümkün olub və ölkədə əməkhaqqı 4 faiz artıb.

Milli.Az