FİFA "The Best" mükafatına namizədləri açıqladı

25 Noyabr 2020 19:17

FİFA ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatına namizədlərin siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  namizədlər sırasında Tiaqo Alkantara ("Bavariya" / "Liverpul"), Kriştianu Ronaldu ("Yuventus"), Kevin De Brüyne ("Mançester Siti"), Robert Levandovski ("Bavariya"), Sadio Mane("Liverpul"), Kilian Mbappe (PSJ), Lionel Messi ("Bardelona"), Neymar (PSJ), Serxio Ramos ("Real Madrid"), Məhəmməd Salah, Vircil van Deyk (hər ikisi "Liverpul") yer alıb.

FİFA-nın ilin ən yaxşılarını mükafatlandıracağı mərasim 17 dekabrda onlayn keçiriləcək. The Best-lə bağlı səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcək.

Xatırladaq ki, ötən il bu mükafatı "Barselona"nın hücumçusu Lionel Messi qazanıb.

Milli.Az