İbrahimoviç ən yaxşı futbolçu seçildi

25 Noyabr 2020 19:06

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç ölkəsi İsveçdə 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla da 39 yaşlı hücumçu 12-ci dəfə İsveçdə Qızıl top-un sahibi olub. Bu isə rekord göstəricidir.

İsveç Qızıl top-u 1946-cı ildən bəri İsveç Futbol Federasiyası ilə ortaq şəkildə Afronbladet tərəfindən verilir .

Qeyd edək ki, İbrahimoviç bundan əvvəl 2005-ci ildə, 2007-2016-cı illər arasında ardıcıl 10 dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilmişdi.

Milli.Az