Hadisə koronavirusa yoluxdu

25 Noyabr 2020 15:40

Türkiyənin pop ulduzu Hadisə koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bir müddət əvvəl sənətçinin səhhətində nasazlıq yaranıb və o, xəstəxanaya müraciət edib.

"COVID-19" testi etdirən ifaçının nəticələri pozitiv çıxıb.

Sevgilisi Kaan Yıldırımla yaşayan ifaçı başqa evə köçərək özünü karantinə alıb. Onun müalicəsi ev şəraitində aparılır.

Milli.Az