Qarabağda sülhməramlıların sayı artırılıb? - Rəsmi cavab

25 Noyabr 2020 15:28

Dağlıq Qarabağdakı sülhməramlı missiyanın genişləndirilməsi ilə bağlı təəssüratlar yanlışdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda sülhməramlı missiyanın genişləndirilməsi barədə iddianı şərh edərkən bildirib. O qeyd edib ki, sülhməramlıların və orada yaradılan humanitar mərkəzin işlərini qarışdırmamaq vacibdir.

"Xeyr, bu səhv bir təəssüratdır. Bir tərəfdən, onları bir-birindən tamamilə ayırmağa ehtiyac yoxdur, ancaq münaqişə tərəflərinin təmas xəttində dayanan hərbi sülhməramlılarımızın missiyasını bir humanitar mərkəzlə - orada açılan və fəaliyyət göstərən ortaq bir humanitar mərkəzlə qarışdırmağa ehtiyac yoxdur", - Peskov qeyd edib.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Milli.Az