Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

25 Noyabr 2020 15:19

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri artıq Kəlbəcər rayonundadır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilib.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonunu təhvil verməsi planına əsasən həyata keçirilib.

Milli.Az