Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü - VİDEO - FOTO

25 Noyabr 2020 14:52

Almaniyanın paytaxtı Berlində kansler Angela Merkelin iqamətgahının darvazasına avtomobil çırpılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis avtomobilin sürücüsünün axtarışlarını aparır.

Qeyd olunur ki, həmin şəxs koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə etiraz olaraq bu addımı atıb.

Həmin iqamətgahda kansler A.Merkelin onlayn formatda iclas keçirməsi planlaşdırılırdı. İclasda koronavirusla mübarizə, karantin tədbirlərinin uzadılması müzakirə olunmalı idi.

Milli.Az