ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələndi

25 Noyabr 2020 16:31

Nyu-Yorkda karantin rejimi dövründə kütləvi toy mərasimi keçirildiyi üçün yəhudi sinaqoqu cərimələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şəhərin meri Bill de Blazio deyib.

O bildirib ki, toy mərasiminə bir neçə min şəxs qatılıb və maska rejiminə əməl olunmayıb.

Bununla əlaqədar toyun təşkilatçıları 15 min dollar məbləğində cərimələnib.

Milli.Az