"Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı" - Kəlbəcər sakini - VİDEO

25 Noyabr 2020 13:46

Bir kəlbəcərli kimi bugünkü günlə qürur duyuram.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kəlbəcər rayonunun Comərd kənd sakini Firqət Salmanov deyib.

O bildirib ki, bu gün bütün Azərbaycan xalqı üçün bayramdır: "Mənim üçün işğaldan azad olunan bütün torpaqlar əzizdir. Cənab Prezidentimizə təşəkkür edirəm, bu günü bizə qismət etdi. Artıq ordumuz Kəlbəcərdədir. Azərbaycan Ordusuna təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm. Azərbaycanın Ali Baş Komandanı qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı".

Milli.Az