Veynaldum "Liverpul"un tarixinə keçdi

25 Noyabr 2020 16:37

"Liverpul"un üzvü Corcinyo Veynaldum klubun tarixində 200 oyunda ən çox qələbə qazanan futbolçu olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Liverpul"un Premyer Liqanın son turunda "Lester Siti"ni 3:0 hesabıyla məğlub etdiyi matç Veynaldumun 133-cü qələbəsi olub.

Bundan əvvəl "Liverpul"da 200 oyunda ən çox qələbə qazanan Alan Kennedi idi. Keçmiş ingilis müdafiəçi 200 oyunda 131 qələbə qazanmışdı.

Milli.Az