Xalq artisti Şabranda dəfn olunacaq

25 Noyabr 2020 13:19

Dünən vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidov bu gün Şabranda dəfn olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O bildirib ki, aktyor ata və anasının yanında dəfn olunmağını vəsiyyət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əjdər Həmidov insultdan əziyyət çəkirdi. (publika.az)

Milli.Az