Ermənistana bir gündə İKİ GÖZ DAĞI: "O dünyada səni Monte qarşılayacaq və soruşacaq ki, sən erməni tarixinin sonuncu səhifəsini çevirən həmin eşşəksən?"

25 Noyabr 2020 15:53

Ermənilər ağlayırlar, təkcə Kəlbəcəri təhvil verdikləri üçün yox, həm də bunun 25 noyabrda baş verdiyi üçün...

Bu gün - 25 noyabr ASALA terrorçusu, I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı aktlarının iştirakçısı və Kəlbəcərin işğalına komandanlıq etmiş Monte Melkonyanın anadan olduğu gündür. Melkonyanın ad günündə Kəlbəcərin azad edilməsinin ermənilər üçün ikiqat zərbəsi var.

Milli.Az bildirir ki, Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, KTMT-də bir müddət katib olan Yuri Xaçaturovun oğlu İqor Xaçaturov Paşinyana açıq məktubunda yazır:

"Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Görünür, azərbaycanlılar bu günü təsadüfən seçməyiblər. O dünyada səni Monte qarşılayacaq və soruşacaq ki, sən erməni tarixinin sonuncu səhifəsini çevirən həmin eşşəksən?" (publika.az)

Milli.Az