Mənzil oğurluğu edən gürcüstanlılar tutuldu

24 Aprel 2010 18:28
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, onlar Gürcüstan vətəndaşları Xıdır Eyyubov və Tahir Haşımovdur. Onlar aprelin 24-də Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirləri nəticəsində yaxalanıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər aprelin 20-də Gülrux Əlibəylinin Buzovna qəsəbəsindəki bağ evindən pəncərdən keçmə yolu ilə məişət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az