Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon

25 Noyabr 2020 11:40

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə əldə olunmuş Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması barədə razılaşmaya əməl olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

O bildirib ki, ABŞ bu razılaşmanı və tərəflərin razılaşmaya əməl etməsini alqışlayır:

"Deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasındakı razılaşma hazırkı mərhələdə tam icra olunur".

Milli.Az