"Kəlbəcər həqiqi sahiblərinə qayıtdı" - Türkiyə hökuməti

25 Noyabr 2020 10:29

Kəlbəcər həqiqi sahiblərinə qayıtdı və bu, qardaş Azərbaycan xalqının tarixində vacib hadisədir.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə hökumətindən deyiblər.

Qeyd olunub ki, işğal olunmuş digər ərazilər kimi Kəlbəcərin də qayıtması Türkiyə üçün də bayramdır:

""Azərbaycan xalqını Kəlbəcər rayonunun qayıtması münasibəti ilə təbrik edirik və Laçın rayonunun qayıtmasını səbrsizliklə gözləyirik".

Qeyd edək ki, bu gün Kəlbəcər rayonu erməni işğalından azad olunub.

Milli.Az