Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı

25 Noyabr 2020 08:19

Yaponiya hakimiyyəti ölkənin cənub-qərbində yerləşən daha bir prefekturasında quş qripi xəstəliyini aşkar edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi bildirib.

Xəstəliyin ocağı Fukuoka prefekturasının Munakata şəhərindək yerləşən quşçuluq təsərrüfatında olduğu qeyd edildi

Sanitariya tədbirləri çərçivəsində prefekturanın rəhbərliyi orada təxminən 93,5 min toyuq kəsmək niyyətindədir.

Milli.Az