Makar Qambaryan da istefa verdi

24 Noyabr 2020 18:34

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir müavini istefa ərizəsini yazıb və bu gün işə çıxmayıb.

M.Qambaryan 2018-ci ilin mayından müdafiə nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl müdafiə naziri David Tonoyan, ötən gün isə nazir müavini Qabriel Balayan istefa vermişdi.

Milli.Az