Çinin pilotsuz kosmik gəmisi Aya göndərildi

26 Noyabr 2020 22:20

Çinin "Ay tanrısı" mənasını verən "Chang'e 5" adlı pilotsuz kosmik gəmi Aydan nümunələr toplamaq üçün yola düşüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, kosmik gəmi ümumi qalxma kütləsi 8,2 ton olan Long March-5 Y5 roketi ilə Earth-Moon orbitinə göndərilib.

Kosmik aparat Aydan təxminən 2 kiloqram qaya və torpaq nümunələri toplamağı hədəfləyir.

Yerə qayıdacaq kosmik gəmi Monqolustanın Siziwang Banner muxtar bölgəsinə enəcək.

Milli.Az