Avropada elektromobillərin sayına görə lider ölkə açıqlandı

26 Noyabr 2020 21:35

Cari ilin 3 rübündə Latviyada qeydiyyatdan keçən elektromobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 328 faiz artıb ki, bu da Avropa İttifaqında (Aİ) elektromobillərin sayında qeydə alınan ən böyük göstəricidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, elektrik enerjisi ilə işləyən avtomobillərin satışı üzrə yüksək göstəricilər digər Baltikyanı ölkələrdə də müşahidə edilib.

Məlumata əsasən, 9 ay ərzində Estoniyada 253 ədəd bu cür avtomobil satılıb. Bu da keçən ilin eyni dövrünə nisbətən 208 faiz çoxdur. Litvada isə 3 rübdə 328 ədəd elektromobil satılıb ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 173 faiz çoxdur.

Qeyd edək ki, Baltikyanı ölkələrdə elektromobillərin satışı üzrə artım tempi Aİ-də qeydiyyatdan keçmiş belə avtomobillərin artım sayını orta hesabla xeyli geridə qoyub. Ötən ilin 3 rübündə Aİ-də qeydiyyatdan keçmiş elektromobillərin sayı 256 min 863 ədəd idisə, bu ilin eyni dövründə onların sayı 570 min 278 təşkil edib. COVID-19 pandemiyasına baxmayaraq, Aİ-də elektromobillərin satışında 122 faiz artım müşahidə olunub.

Milli.Az