“TIME” jurnalı 2020-ci ilin 100 əsas ixtirasının adını açıqlayıb

26 Noyabr 2020 21:05

"TIME" jurnalı hər il 100 əsas ixtiradan ibarət öz reytinqini dərc edir. Növbəti reytinqə qatlanan smartfon, yeni nəsil konsollar, oyun striminq xidməti, fırlanan televizor, smartfon üçün sterilizator və bir çox başqa cihazlar daxil edilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "TIME" jurnalının versiyasına görə, aşağıdakı cihazlar bu il "istehlak elektronikası" kateqoriyasında ən yaxşı adına layiq görülüblər:
 
Dəyişdirilə bilən obyektivlərə malik "Insta360 One R" modulyar ekşen kamerası
"Microsoft Surface Duo" qatlanan smartfonu
"Dark Skys DS-1" ev planetarisi
Smartfonlarda selfi çəkilişi üçün "MOON UltraLight" mini-işıqlandırıcısı
Yığcam "Sony A7C" güzgüsüz kamerası
Smartfonlar üçün ultrabənövşəyi sterilizatorun funksiyasına malik üçün "Lexon Oblio" simsiz enerjidoldurma stansiyası
Əşyaların uşaqlardan qorunması üçün "KEEP" dəsti
Tamamilə simsiz "Nuheara IQbuds2 MAX" qulaqlıqları.

Milli.Az