"Gürcüstanda koronavirusun yayılmasının pik həddi yaşanır"

25 Noyabr 2020 07:00

"Gürcüstanda koronavirusun yayılmasının pik həddi yaşanır".

Milli.Az bildirir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

O, virusa yoluxanların sayının daha da artacağını bildirib: "Gürcüstanda yoluxma hallarında azalma deyil, əksinə artım qeydə alınır. Biz artıq pik həddə çatmışıq və bunun nə qədər davam edəcəyini bilmirik". /medicina.az

Milli.Az