Sumqayıtda taksi qəzaya düşüb - FOTO

24 Noyabr 2020 17:29

Sumqayıtda iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Sülh və  Bakı küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Sülh küçəsi istiqamətindən gələn taksi şirkətlərindən birinə məxsus "Kia Rio" markalı avtomobil Bakı küçəsindən gələn "Opel Vectra" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az