Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib

24 Noyabr 2020 13:35

Dağlıq Qarabağda 44 günlük müharibə zamanı Ermənistanda hakim "Mənim addımım" partiyasının bir sıra deputatı və digər vəzifəli şəxslər ABŞ səfirliyinə viza almaq üçün müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri yazır.

Viza üçün müraciət edənlərin şəxsiyyətləri açıqlanmasa da, onların böyük əksəriyyətinə viza verilməsində imtina edildiyi deyilir.

Analoji müraciətlərin Avropa səfirlikilərinə də edildiyi bildirilib.

Milli.Az