Mağazadan 3 min manatlıq oğurluq etdilər

24 Noyabr 2020 14:30

Göygöldə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində tütün məmulatı, spirtli və energetik içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri V.Bağırov ilə əvvəllər məhkum olunmuş Z.Heydərzadə və O.Süleymanov saxlanılıblar.

Milli.Az